Dünya

"Tour de France"da velosipedçi öpüşə görə cərimələndi - FOTO

8 İyul 2024 06:34
Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Lidl-Trek" komandasının velosipedçisi Jülyen Bernar "Tour de France"ın yeddinci mərhələsində öpüşdüyünə görə cərimələnib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mərhələnin marşrutu idmançının evinin yaxınlığından keçdiyinə görə dostları və qohumları ona dəstək olmaq üçün yolun kənarına çıxıblar. Yarışçı yoxuşu başa vurduqda, dostları dəstək sözləri yazılmış tablolarla ona tərəf qaçıblar və Bernardın arvadı onu öpüb.

Buna görə yarışçı 200 İsveçrə frankı (təxminən 378 manat) məbləğində cərimələnib. O, yarış zamanı nalayiq davranışda və idmanın imicinə xələl gətirməkdə ittiham olunub. Velosipedçi etdiyi hərəkətə görə üzr istəyib.

"Belə anlar üçün hər gün cərimə ödəməyə hazıram", - o bildirib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.