Dünya

"Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil"

5 İyul 2024 22:07
Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevin silahlanmasına heç bir atəşkəs və ya fasilə verilməməlidir. Moskva konfliktin tam və birdəfəlik yekunlaşmasını istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.

O qeyd edib ki, Kiyev atəşkəs fikrini yaxın buraxmır, çünki bu halda hərbi vəziyyət rejiminin uzadılması üçün bəhanə aradan qalxır:

"Ukrayna hərbi vəziyyətə son qoysa, onlar prezident seçkiləri keçirməli olacaqlar. Ukrayna hakimiyyətinin qalib gəlmək şansları sıfra yaxındır. Rusiya görür ki, Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil".

Putin Ukrayna qoşunlarının Donbas və Novorossiyadan (Rusiyanın Ukraynada işğal edib, özünə birləşdirdiyi ərazilər - red.) tam çıxarılmasını münaqişənin dayandırılmasının şərtlərindən biri adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.