Ölkə

Sus kəndində ilk körpə dünyaya gəldi - FOTO

3 İyul 2024 16:32
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Laçın rayonunun işğaldan azad edildikdən sonra yenidən salınmış Sus kəndində ilk körpə dünyaya gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, körpənin valideynləri - Anar və Lamiyə Yolçulular bu ilin may ayında doğma yurda qayıdıb və burada onlara verilən fərdi evdə daimi məskunlaşıblar.

Hər iki valideyn - Anar və Lamiyə məcburi köçkün ailənin övladlarıdır.

"Biz məcburi köçkünlüyün çətinliklərini görmüş ailələrdənik. Ancaq həmişə dövlətimizin, möhtərəm Prezident cənab İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bizim də həyatımızda yeni bir dövr başlandı. Dövlətimizin başçısının tapşırığı ilə yeni salınan Sus kəndində gənc ailə kimi bizə də ev verildi. Dərin minnətdarlıq hissi, böyük arzularla qayıtmışıq doğma yurda... Əminik ki, özümüz də, oğlumuz da Susda daim xoş günlər yaşayacağıq", - deyən Anar Yolçulu qardaşı ilə birlikdə torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib.

Onun atası Nüsrət isə birinci Qarabağ müharibəsinin veteranıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.