İran

İranda prezident seçkisinin ilkin nəticələri – YENİLƏNİB

6 İyul 2024 00:14
Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:14

Şərqi Azərbaycan, Loristan, Kirmanşah və Kürdüstan əyalətlərinin bir neçə rayonunun kəndlərində prezident seçkilərinin ilkin nəticələri elan edilib.

Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Adıçəkilən əyalətlərin kəndlərində sayılan səslərin nəticələrinə görə, Məsud Pezeşkian böyük fərqlə rəqibi Səid Cəlilidən öndədir.

Şərqi Azərbaycan əyalətinin Vərziğan, Xudafərin, Kəleybər rayonlarının yüzlərlə kəndində səslər sayılıb, bəzi bölgələrdə Pezeşkian rəqibindən bir neçə dəfə çox səs toplayıb.

Vərziğanın 39 kəndinin seçki nəticələrinə görə, Pezeşkian 10 000, Cəlili isə 771 səs toplayıb. Kəleybər bölgəsinin Abış Əhməd şəhərində Pezeşkiana verilən səslərin sayı 8909, Cəliliyə isə 940 təşkil edib.

Qeyd edək ki, kəndlər və qəsəbələrdə seçici sayı az olduğuna görə səsvermə tez bitib və sandıqlar açılaraq səslər sayılıb.

Böyük şəhərlərdə isə səsvermə davam edir. İran Seçki Qərargahının rəhbəri Möhsün İslami səsvermənin 00:00-a qədər uzadıldığını bildirib.

-------

18:54

Bu gün İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20:00-dək uzadılıb.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.

Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı iki saat artırılıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda 2 namizəd - Məsud Pezeşkian və Səid Cəlili rəqabət aparır. Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və "İslahatçılar" düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.