“Pezeşkiana səs verənlərin əksəriyyəti onlardır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İranda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanan Məsud Pezeşkian islahatçı və müasir dünyagörüşə malik, yenilikçi və iradəli siyasi lider olduğundan, xalqın istək və arzularını ifadə etdiyindən, eləcə də mühafizəkarlıqdan uzaq liberal siyasi obrazı və baxışları ilə fərqləndiyindən seçicilərin böyük əksəriyyəti onu dəstəklədi".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.
V. Abdullayev qeyd edib ki, onun qələbə qazanmasında İranda yaşayan 30 milyondan artıq azərbaycanlının etimadı xüsusi rol oynayıb:
"Demək olar ki, 17 milyon səsin mütləq əksəriyyəti azərbaycanlılara məxsusdur. Qeyd edim ki, seçkilərin təşviqatı dövründə də İranda yaşayan türklər ona etibar etdiyini gizlətmirdi və azərbaycanlı türklər Pezeşkianın özlərinin layiqli namizədi olduğunu deyirdilər. O, Azərbaycanda, Məhabadda dünyaya gəlmiş şəxs kimi evdə uşaqlarına türk dilində danışmağı öyrətdiyini, türk olması ilə fəxr etdiyini bəyan etməklə ölkədəki böyük bir elektoratı üzərində cəmləyə bildi və bu faktor yekunda öz nəticəsini göstərdi.
Cənab Pezeşkian doqquzuncu prezidentdən daha çox, islahatçı, yeni siyasi ruh və təfəkkürə malik olması, habelə Avropa ilə inteqrasiyaya can atması ilə diqqəti cəlb edir və onun bu siyasi tezis və baxışları yenilik istəyən İran xalqının istəkləri ilə üst-üstə düşür.
Onun qətiyyətli islahatlar proqramı həyata keçirəcəyinə ümidlər böyükdür və bunun üçün siyasi təcrübəsi, istedadı, səriştəsi və bacarığı, ən əsası isə qətiyyətli iradəsi var".
"2016-2020-ci illərdə İran parlamentinin vitse-spikeri kimi cəsarətli qanunların qəbul edilməsində və idarəetmə kursunda dəyişikliklərə yol aça biləcək təşəbüskarlığı, ələlxsus qlobal dünyaya inteqrasiya, region ölkələri ilə sıx əməkdaşlıq və digər mühüm məsələlərdə siyasi baxışları ölkədə yeni ab-havanın yaranacağını deməyə ciddi əsaslar verir.
Əminəm ki, Məsud Pezeşkian 85 milyonluq İran xalqının iradəsini ifadə edərək onların ümidlərini doğruldacaq, dövlətin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında əhəmiyyətli keyfiyyət dəyişikliklərinə səbəb olacaq.
Məsud xoşbətlik, bəxtiyarlıq, səadət, könül xoşluğu deməkdir. Ürək cərrahı olan Məsud Pezeşkianın İran xalqının könlünü xoş edəcəyinə inam böyükdür.
Pezeşkianın İran-Azərbaycan münasibətlərinin dost və yaxın tərəfdaşlıq ruhunda daha da inkişafı yolunda yorulmaz qətiyyətli addımlar atacağına, ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inanıram. Cənab Prezident İlham Əliyevin Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda qeyd edildiyi kimi Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər mövcuddur və hər iki tərəf qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan əlaqələrin gələcək inkişafı istiqamətlərində davamlı siyasət yürüdülməkdədir.
Məsud Pezeşkian hələ prezident seçilməmişdən əvvəl Azərbaycan dövlətini və xalqını dost və qardaş hesab edib və əlaqələrimizin ən yüksək səviyyəyə çatmasını arzu edib. Ona görə də, onun dövlət postunda imkanları daha yaxşı səfərbər edəcəyinə, Azərbaycan və İran arasındakı ənənəvi dostluq münasibətlərini daha da möhkəmləndirəcəyinə şübhəm yoxdur", - V.Abdullayev bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Tehrandan nüvə təhdidi
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
XƏBƏR LENTİ
-
"Aşk-ı Memnu"nun aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)





