İran

İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)

15 Sentyabr 2026 21:10
Baxış: 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İrana məxsus "Boeing 737" sərnişin təyyarəsi havada parçalanmağa başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident "Sepehran" aviaşirkətinə məxsus təyyarə Məşhəddən Kirmanşaha uçarkən baş verib. Təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən birinin örtüyü qopub və kapitan mühərriklə bağlı fövqəladə vəziyyət elan edib. Bu zaman salonda güclü silkələnmə başlayıb, nəticədə rəflər sınıb, sərnişinlərin əşyaları isə onların üzərinə tökülüb.

Pilot geriyə qayıtmaq qərarına gəlib. Təyyarə geriyə dönərək Məşhəd hava limanında qəza enişi edib, sərnişinlərdən xəsarət alan olmayıb.

Bu, son zamanlar Məşhəddə "Sepehran" təyyarəsi ilə bağlı baş verən ilk insident deyil. Avqustun sonlarında digər təyyarə eniş edərkən uçuş-eniş zolağından kənara çıxmışdı, həmin vaxt da xəsarət alan olmamışdı.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.