Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin "Avropa Mobillik Həftəsi"ndə iştirakı üçün müraciət edib və namizədlik uğurla təsdiqlənib.
AYNA-dan verilən məlumata görə, bununla əlaqədar 16-22 sentyabr tarixlərində paytaxtda davamlı və təhlükəsiz hərəkətliliyin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.
Bildirilib ki, tədbirlər çərçivəsində orta və ali təhsil müəssisələrində şagird və tələbələr üçün interaktiv maarifləndirmə sessiyaları, təhlükəsiz velosiped və skuter sürmə qaydaları üzrə praktiki təlimlər təşkil ediləcək.
Eyni zamanda, əhali üçün velosiped sürmə bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş praktiki dərslər keçiriləcək. Peşəkar təlimçilər iştirakçılara qaydalara uyğun hərəkət, piyadalara və yol hərəkətinin digər iştirakçılarına hörmət, eləcə də təhlükəsiz davranış prinsiplərini izah edəcəklər.
"Avropa Mobillik Həftəsi" çərçivəsində müxtəlif yaş qruplarından həvəskar və peşəkarların iştirakı ilə genişmiqyaslı veloyürüşün keçirilməsi də planlaşdırılır.
Həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də keçiriləcək "Avtomobilsiz Gün" olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Küçədə yaradılacaq mikromobillik zonasında müxtəlif növ velosiped və skuterlər nümayiş etdiriləcək, test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər təşkil olunacaq. Uşaqlar üçün ustad dərsləri, böyüklər üçün isə interaktiv və əyləncəli proqramlar keçiriləcək.
Bundan başqa, "Mobillik Dialoqu" panel müzakirəsində dövlət qurumlarının, özəl sektorun nümayəndələri və mütəxəssislər Bakıda mikromobillik infrastrukturunun inkişaf perspektivlərini və şəhər mobilliyinin gələcəyini müzakirə edəcəklər.
AYNA qeyd edib ki, tədbirlərin əsas məqsədi şəhərdə alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi, yol hərəkəti iştirakçılarının təhlükəsizliklə bağlı məlumatlılığının artırılması, daha rahat və dayanıqlı hərəkətlilik imkanlarının genişləndirilməsidir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib
XƏBƏR LENTİ
-
“Başkalarının hayatı” yayımlanmayacaq
-
Sabah Şahbuzda işıq olmayacaq
-
"Əl-Nəsr"dən Ronaldonu istədilər
-
İslam Rəhimov ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub
-
"Sabah"ın bu mövsümdə ilk məğlubiyyəti
-
Hidayət Heydərov bürünc medal qazandı
-
Sahil Babayevə yeni müavin təyin edildi - dosye
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - (Foto/Video)
-
Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
-
Bakıda ağır qəzada ölən gəncin (Fotoları)
-
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
-
Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib - Yenilənib (Foto)
-
U-15 dünya çempionatı: İspaniya çempion olub
-
“Çəhrayı addım at!” şüarı altında süd vəzi xərçəngi ilə mübarizə ayına həsr olunmuş yekun görüş başa çatıb - (Foto)
-
Sergey Lavrovun təyyarəsi 20 saatdan çox havada qaldı
-
Yenidən sədr və müavin oldular
-
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - (Foto)
-
Azərbaycanın beynelxalq mövqeyi: müharibədən sülhə, regional gücdən qlobal nüfuza
-
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
-
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - (Foto)
-
Ərdoğan Bayramovu qəbul etdi
-
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
-
Hadise səhnə geyimi ilə yenidən gündəmdə - (Video)





