Rusiya

Paşinyan lənətlənəcək - Zaxarova

15 Sentyabr 2026 19:18
Baxış: 83
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Erməni kilsəsinə qarşı təqiblərdə iştirak edənlər (Baş nazir Nikol Paşinyan və komandasının üzvlərini nəzərdə tutur - red.) lənətlənəcəklər. Bunu onlara belə də çatdırın.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə "Ermənistan hakimiyyəti tərəfindən erməni kilsəsinə qarşı həyata keçirilən təqiblər" barədə sualı cavablandırarkən deyib.

"Dəhşətli cinayətlər var, amma Tanrıya qarşı müharibə və təqib əsrlər boyu davam edən lənətdir. Tarix bunu sübut edir", - o, bildirib.

Mariya Zaxarova Ermənistan hökumətinin üzvlərini İncil oxumağa çağırıb:

"İndi bunu təkrarlamayacam, özünüz müqəddəs kitabları və İncili oxuyun. Kilsəyə qarşı mübarizə Tanrıya qarşı müharibənin sərhədinə çatan və bilavasitə ora gedib çıxan mübarizədir. Və əlbəttə, bunu edənlər əsrlər boyu davam edən lənətə düçar olacaq".

Bununla yanaşı, o, "lənət" deyərkən mütləq hansısa mistik hadisənin nəzərdə tutulmasının vacib olmadığını iddia edib:

"Düşünməməliyik ki, hansısa mistik bir şey baş verməlidir. Onlar məhz öz vətəndaşları, öz insanları tərəfindən lənətlənəcəklər. Təəssüf, təəssüf".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.