“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyada azərbaycanlı yeniyetmə qətldə şübhəli bilinir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya vətəndaşı Mariya Useltseva sosial şəbəkə hesabında video paylaşıb.
O, bildirib ki, bu ilin yanvarında Şəmkirin Zəyəm qəsəbəsində atası Arif Nəbiyevi öldürməkdə şübhəli bilinən 15 yaşlı D.N. daha sonra Rusiyaya gəlib. M.Useltsevanın iddiasına görə, həmin yeniyetmə burada onun oğlunu, keçmiş sinif yoldaşı Aleksandr Usoltsеvi bıçaqlayaraq qətlə yetirib.
"Oğlumla 7-ci sinfə qədər birgə oxuyublar. Yeddinci sinifdə oxuyarkən həmin oğlanın anası ölür və atası onu Azərbaycana aparır. Orada isə öz atasını yatdığı yerdə öldürür. Bu barədə internetdə detallı məlumat var", - qadın bildirib..png)
Fotoda Arif Nəbiyev
Qadının əsas narazılığı Rusiyanın qəyyumluq orqanları və miqrasiya xidməti ilə bağlıdır. Onun fikrincə, müvafiq qurumlar bu barədə mütləq şəkildə məlumatlı olmalı idi. Belə ki, sözügedən qurumlara yeniyetmənin beynəlxalq axtarışda olduğuna dair rəsmi sorğu daxil olub. Buna baxmayaraq, qəyyumluq orqanı onu maneəsiz şəkildə rəsmiləşdirib və qətldə şübhəli bilinən şəxsin şəhərdə uşaqların arasında sərbəst gəzməsinə şərait yaradıb.
M.Useltsevanın sözlərinə görə, əri məktəbin direktoru və müəllimləri ilə ünsiyyətdə olub. Direktor təsdiq edib ki, qəyyumluq orqanları zəng edərək yeniyetməni təhsil müəssisəsinə qəbul etməyi təkidlə tələb ediblər. Uşaqların sənədlərinin isə guya Azərbaycandan gətiriləcəyini bildiriblər. Lakin direktor şagirdi sənədsiz qəbul etməkdən imtina edib..jpg)
Fotoda Aleksandr Usoltsеv
Həlak olan A.Usoltsеvin valideynləri şübhəlinin "Telegram" hesabına daxil olaraq, iyun ayının sonundan sonra aparılan yazışmalarını da araşdırıblar. Mariya Useltseva mesencerdə həmin yeniyetmənin skulşutinq (məktəblərdə kütləvi qətllər) mövzusuna istinad edən nikdən istifadə etdiyini bildirib.
"O mənim uşağımın etibarını qazanıb. Hətta biz ərimlə yazışmaları oxusaydıq belə, yəqin ki, orada nəsə planlaşdıran hansısa manyakın olduğunu təxmin etməzdik. O, oğlumu çoxdan kartof qızartmaq, kabab bişirmək bəhanəsi ilə tərk edilmiş həmin tikiliyə çağırırdı. Niyə tərk edilmiş tikiliyə? Guya orada tüstü görünmür. Amma hər dəfə mənim Saşamda nəsə alınmırdı və bu görüş təxirə düşürdü", - o deyib.
Qadın oğlunun D.N.-ə bir neçə dəfə başqa sinif yoldaşlarını görüşə çağırmağı təklif etdiyini, lakin onun buna məhəl qoymadığını söyləyib. Bunu əsas gətirən qadın D.N.-in məhz onun oğlunu qətlə yetirməyi əvvəlcədən planlaşdırdığını iddia edib.
"Yəqin ki, onu tutmasaydılar, bir qurbanla kifayətlənməzdi. Həmin gün onun üçün hər şey alındı", - mərhum yeniyetmənin anası deyir.
Qeyd edək ki, 15 yaşlı oğlanın Şəmkirdəki cinayətdən sonra 23 yaşlı qardaşı ilə birgə Gəncə-istanbul-Moskva reysi ilə ölkədən qaçdıqları bildirilib. 1970-ci il təvəllüdlü Arif Nəbiyevin qardaşı Elbrus Nəbiyev iddia edib ki, cinayəti mərhumun övladları birgə törədib. Hadisədən sonra onlar atalarının meyitini su kanalına atıblar. Meyit bir neçə gün sonra tapılıb.
28 avqust tarixində isə Rusiyanın Xantı-Mansiysk şəhərində polislər tərk edilmiş bir tikilidə 15 yaşlı Aleksandr Usoltsеvin üzərində bıçaq yaraları olan cəsədini aşkar ediblər. Qətl hadisəsindən sonra D.N. barəsində həbs qətimkan tədbiri seçilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Putinin istirahət günü yoxdur - Peskov
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Rusiyada bu hava limanları bağlandı
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
XƏBƏR LENTİ
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir





