İran

Pezeşkianın istefası bu tarixdə müzakirə olunacaq

8 İyul 2024 15:55
Baxış: 3 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın yeni Prezidenti Məsud Pezeşkianın Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkilliyindən istefası iyulun 31-də parlamentin açıq iclasında müzakirə olunacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə parlamentin idarə heyətinin üzvü Müctəba Yusifi bildirib.

O, Məsud Pezeşkianın prezident seçildiyi üçün parlamet üzvü kimi qalmasının ölkə konstitusiyasına zidd olduğunu deyib.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələrək, prezident seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.