İran

İranda tarixi qərar: Hicab qanunu ləğv edildi

4 Oktyabr 2025 21:08
Baxış: 3 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə ehtiyac yoxdur". 

Milli.Az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.

O bildirib ki, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnməyəcək:

"Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin".

Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.