İdman

Mbappe Azərbaycan yığması ilə oyunu buraxacaq?

5 Oktyabr 2025 22:39
Baxış: 381
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe futbol üzrə İspaniya çempionatının səkkizinci turunda "Vilyarreal"la oyunda topuq nahiyəsindən zədə alıb.

Milli.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xabi Alonso məlumat verib.

"Onun Fransa millisinə qoşulub-qoşulmayacağını deyə bilmərəm. Hazırda müəyyən diskomfort yaşayır. O, bunu milli komanda ilə müzakirə etməli olacaq", - Alonso bildirib.

Belə ki, şənbə günü "Real Madrid" öz meydanında "Vilyarreal"ı 3:1 hesabı ilə məğlub edib. Mbappe matçın sonlarında  komandasının üçüncü qolunu vurub və bir neçə dəqiqə sonra əvəzlənib.

"Marca"nın məlumatına görə isə, Mbappenin sağ topuq nahiyəsində kiçik qançır var və bu, onun 2026-cı il dünya çempionatının seçmə mərhələsi üçün Fransa millisinə qoşulmasına mane olmamalıdır.

Qeyd edək ki, Fransa yığması ev oyununda Azərbaycan (10 oktyabr), səfərdə isə İslandiya millisi ilə (13 oktyabr) qarşılaşacaq.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.