Dünya

Rubio: “Qəzzadakı müharibənin hələ sonuna gəlməmişik”

5 Oktyabr 2025 19:04
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, "Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var."

Milli.Az xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan "Meet the Press" proqramında çıxış edərkən söyləyib.

Rubio deyib ki, "Qəzzada üç gün ərzində HAMAS-dan asılı olmayan yeni bir idarəetmə qurmaq mümkün deyil. İsrail və HAMAS arasında razılaşma istiqamətində danışıqlar aparılır. Mən əsirlərin ən qısa zamanda azad edilməsini istəyirəm."

Rubio həmçinin qeyd edib ki, HAMAS-ın danışıqlarda nə dərəcədə ciddi olduğunu texniki və logistik müzakirələrin gedişindən tezliklə anlayacaqlar. O, silahsızlanma mərhələsini əhatə edəcək planın ikinci hissəsinin "çətin keçəcəyini" deyib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.