İdman

"Turan Tovuz" "Neftçi" ilə heç-heçə etdi, "Zirə" "Kəpəz"ə qalib gəldi

28 Noyabr 2025 20:46
Baxış: 192
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasında 13-cü tura start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Kəpəz" "Zirə"ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş "Zirə"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə "Neftçi" "Turan Tovuz" un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. "Turan Tovuz" ilk dövrədə səfərdə "Neftçi"ni 1:0 hesabı ilə məğlub etmişdi.

28 noyabr (cümə)

18:30."Turan Tovuz" - "Neftçi" - 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

14:00."Kəpəz" - "Zirə" 0:2 

Qollar: Leroy Mikels, 61, İssa Cibrila, 84
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu

29 noyabr (şənbə)

14:30."İmişli" - "Sabah"

17:00."Qarabağ" - "Karvan-Yevlax"

30 noyabr (bazar)

14:00."Şamaxı" - "Sumqayıt"

16:30."Qəbələ" - "Araz-Naxçıvan"

Bombardirlər:

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 7 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Toral Bayramov ("Qarabağ") - 5 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 4 qol

Velko Simiç ("Sabah") - 4 qol

Abdullah Zubir ("Qarabağ") - 4 qol

Bassala Sambu ("Neftçi") - 4 qol

Emin Mahmudov ("Neftçi") - 4 qol

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.