Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstehlakçıları aldadan reklamlar və aldadıcı qiymət endirimlərini hər yerdə görə bilərik.
Bəs bununla necə mübarizə aparmaq olar?
Mövzu ilə bağlı Milli.Az-a vəkil Bəhruz Orucov açıqlama verərək bildirib ki, bunun üçün istehlakçılar ilk növbədə öz hüquqlarının bilməlidirlər:
"Eyni zamanda istehlakçılar aldadılma üsulları barədə məlumatlı olmalıdırlar. İstehlakçılar nə qədər maariflənsələr, bir o qədər də onların hüquqları az pozular. Bu aldadıcı və istehlakçıların hüquqlarını pozan bir neçə üsullar barədə danışaq və vətəndaşlarımız da məlumatlı olsunlar. Qeyd edim ki, bu aldatma üsulları beynəlxalq təcrübədə çox istifadə olunur və Azərbaycanda da bu üsullara hər yerdə rast gəlmək olur. Ən geniş yayılmış aldatma üsullarından biri icazəsiz etibarlılıq və ya keyfiyyət nişanının göstərilməsidir. Saxta İSO sertifikatı, halal və orqanik nişanı, Çin istehsalı məhsulda Avropa istehsalının qeyd edilməsi, saxta EcoTex certified nişanı kimi nümunələr buna bariz misaldır. Hətta yaxınlarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə hallar aşkar olunmuşdur. Belə ki, agentliyin məlumatında qeyd olunmuşdur ki, məişət avadanlıqlarının satışı ilə məşğul olan şirkətlər istehlakçıları aldadan və çaşdıran reklamlara yol verdikləri üçün araşdırma başlanmışdır. Belə ki, bu şirkətlər avadanlıqların istehsal mənşəyinə dair məlumatları yalan reklam etmiş və istehlakçıları aldatmışlar".
Vəkil qeyd edib ki, digər aldatma üsullarından biri də Tələ reklamıdır. Buna ölkəmizdə mütəmadi olaraq rast gəlirik. Görürük ki, mağaza bütün qış geyimlərinə 70% endirim reklamı edir, lakin istehlakçı mağazaya gedir və görür ki, yalnız bir iki köhnə model endirimdədir. Deməli yalan reklam etməklə müştəriləri mağazaya cəlb edirlər. Digər bir misal kimi göstərmək olar ki, onlayn mağaza elan yerləşdirir: Telefon cəmi 599 AZN, müştəri sayta daxil olur, amma sistem göstərir ki, məhsul tükənib və ya yalnız müəyyən şərtlərlə əldə edilə bilər, məsələn, kreditlə daha baha qiymətə, Burada 599 AZN-lik reklam "tələ"dir,yəni müştərini sayta cəlb edən tələ:
"Başqa bir üsul Tələ və digər məhsula yönəltmədir. Misal üçün Bir elektronika mağazası televizor üçün belə reklam verir: 55 düymlük TV cəmi 499 AZN! Yalnız bu həftə!, İstehlakçı mağazaya gedir, lakin satıcı deyir: O model artıq satılıb, amma eyni keyfiyyətdə olan başqa model var, qiyməti 899 AZN. Burada məqsəd 499 AZN-lik təkliflə müştərini cəlb etmək, amma əslində daha baha məhsulu satmaqdır. Sonra qarşımıza reklamlar çıxır ki, məhsul yalnız çox məhdud müddət üçün mövcuddur. Əslində həmin məhsuldan çoxdur. Yalnız istehlakçını çaşdırmaq üçün belə edilir. İstehlakçı fikirləşir ki, məhsuldan azdır və qərar verir ki, tez gedib alsın. Misallar həddindən artıq çoxdur. Lakin digər bir nümunə kimi istehlakçı hüquqlarını təklifin bir xüsusiyyəti kimi təqdim etmə üsulunu göstərmək olar. Görürük ki, geyim mağazası reklam edir və aldığınız məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz! Yalnız bizdə belə rahatlıq!Halbuki, istehlakçının 14 gün ərzində səbəb göstərmədən geri qaytarmaq hüququ (onlayn və ya pərakəndə satışda) qanunla təmin olunub.
Bəzi mağazalar məhsulu "pulsuz" və ya "hədiyyə" kimi təqdim edir, qeyd edir ki, siz qalib oldunuz və məhsulu gəlib mağazadan götürə bilərsiz, gedirsiz mağazaya orada sizə bu hədiyyəni götürmək üçün qaçılmaz xərcləri ödəməyi təklif edirlər.
İstehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdən biri də ərzaq satışı təşkil edən şəbəkə marketləridir. Belə ki, yaxınlarda mənə bir məhsulla bağlı bir şəkil göndərdilər. Şəkildən aydın görünür ki, məhsulun 2 qiyməti göstərilib, biri köhnə və biri təzə, köhnə qiymətin üstündən xətt çəkilib. Amma araşdırırsan ki, köhnə qiymət şişirdilmiş bir qiymətdir, yeni təklif olunan qiymət isə məhsulun həqiqi olan qiymətidir. İstehlakçılar bilməlidilər ki, onların hüquqları qanunla qorunur. İstehlakçıların hüquqlarını qoruyan qanunvericilik aktlarına görə, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam yolverilməzdir. Vətəndaşlar istehlakçıların hüquqlarını pozan hərəkətlərlə qarşılaşmışlarsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 195-1-4 qaynar xəttinə və hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edə bilərlər".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
XƏBƏR LENTİ
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)
-
Qazaxda yanğın oldu
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu tankerə dron hücumu olub - (Video)
-
Qayınata bu yazıya görə toy günü bəyi döydü
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib





