Şou-biznes

“Keçmiş gəlinimi çox sevirəm, oğlum onunla..."

28 Noyabr 2025 19:47
Baxış: 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sabir bəyin bəyin anası yer üzündə tanıdığım ən gözəl analardan biri idi. 9 oğulun anası, 9 gəlinin qayınanası idi. Bir gəlinin sözünü bir gəlinə demirdi".

Milli.Az xəbər verir ki, bu sözləri millət vəkili Tənzilə Rüstəmxanlı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində deyib. O, həyat yoldaşı, Xalq şairi Sabir Rüstəmxanlının anasından danışıb. 

T.Rüstəmxanlı oğlu Cəmil Rüstəmxanlının ayrıldığı həyat yoldaşından danışıb:

"Mən də pis qayınana olmamışam. Onu çox sevmişəm, sevirəm də. Nəvələrimin anasıdır, ona hər zaman hörmət edirəm. Gözəl anadır, övladlarını gözəl yetişdirir. Ona qarşı içimdə kin yoxdur. Oğlumla nə problem yaşayar özü bilər. Onun könlümdə qurduğu taxt başqadır, onu oradan heç kim düşürə bilməz".  (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.