Türkiyə

"Fairy" qabına ketçup tökən restoran bağlandı - VİDEO - FOTO

28 Noyabr 2025 20:57
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kahramanmaraş bölgəsində çiyköfte restoranından yayılan görüntülər böyük səs-küy yaradıb.

Milli.Az xəbər verir ki, sousun "Fairy" qabında saxlanılıb çiyköftənin üzərinə tökülməsi ilə bağlı görüntülərin sosial mediada yayılmasından sonra dərhal restoranda yoxlama aparılıb.

Yoxlama zamanı qida ilə təmasa uyğun olmayan plastik qablardan istifadə edildiyi müəyyən edildi. Müəssisə 250 min TL cərimələnərək möhürlənib.

Hazırda işlə bağlı hüquqi proseslərin davam etdiyi bildirilib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.