Hadisə

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO - FOTO

28 Noyabr 2025 19:17
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

--------

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.