Dünya

Yermak istefa verdi

28 Noyabr 2025 19:34
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

Milli.Az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Yermak istefa ərizəsi yazıb.

O, Andrey Yermaka təşəkkür edib.

"Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm", - Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.