Türkiyədə Kocaelinin Kandıra Kefken sahillərində "Kairos" tankerdə səbəbi hələ müəyyən edilməyən partlayış baş verib. Partlayışdan sonra tankerdə yanğın yaranıb. Gəminin Rusiyanın Novoroski limanına doğru səfərdə olduğu bildirilib.
Milli.Az xəbər verir ki, gəmidə olan 25 heyət üzvünün vəziyyəti yaxşıdır. Onların təxliyəsi üçün bölgəyə axtarış-xilasetmə qrupları göndərilib.
Reuters gəminin minaya çırpıldığını və yanğın səbəbindən batma riskinin olduğunu iddia edib.
Lalə Qüdrətova
Milli.Az





