İdman

Tyerri Anridən daha bir proqnoz: "Qızıl top"u kim qazanacaq?

5 Oktyabr 2025 19:20
Baxış: 423
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabiq futbolçu və hazırda məşqçilik karyerasını davam etdirən Tyerri Anri növbəti "Qızıl top"u kimin qazana biləcəyi barədə fikirlərini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə "CBS Sports" məlumat yayıb.

"Bu mövsüm Mbappe bunu etməyə qadirdir. Onun özünə inamına bir baxın. O, arıqlayıb, sürətini bərpa edib və daha yaxşı qaçır. O, adi 9 nömrə deyil, onun qolvurma qabiliyyəti forvard kimidir. Bu bizə Kilianın ən yaxşı versiyasını yenidən görməyə imkan verir", - deyə Anri bildirib.

Xatırladaq ki, Anri son həftələrdə "Qarabağ" klubunun UEFA Çempionlar Liqasında uğurlu çıxışını öncədən proqnozlaşdırması ilə gündəmə gəlib.

"Qızıl Top"a gəlincə, onun son sahibi PSJ-dən Usman Dembele olub. (oxu.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.