Hər səhər zəngli saatı yubadanlara xoş xəbər: Faydası böyük imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər səhər alarm çalanda bir neçə dəqiqə daha yatmaq üçün ertələ düyməsini basmaq, adətən tənbəllik kimi qiymətləndirilir. Lakin Avstraliyanın Sidney Universitetinin apardığı yeni araşdırma göstərib ki, bu vərdiş o qədər də zərərli deyil. Mütəxəssislər bildirir ki, hər gün yalnız 15 dəqiqə əlavə yatmaq həyat müddətini əhəmiyyətli dərəcədə uzada bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, professor Emmanuel Stamatakis rəhbərliyində 60 min insan üzərində 8 il ərzində aparılan araşdırmada iştirakçıların yuxu rejimi, fiziki fəallığı və qidalanma vərdişləri təhlil edilib. Məlum olub ki, gün ərzində 6 saatdan az yatan şəxslərdə erkən ölüm riski əhəmiyyətli dərəcədə yüksəkdir. Lakin yuxuya əlavə edilən 15 dəqiqə bu riski ciddi şəkildə azaldır.
Mütəxəssislər vurğulayır ki, bədənin bərpa prosesi əsasən yuxu zamanı baş verir və kifayət qədər yatmamaq hüceyrələrin yenilənməsinə, immun sisteminə və beyin funksiyalarına mənfi təsir göstərir.
Araşdırmada yalnız yuxu deyil, həm də qidalanma və hərəkətlilik həyat müddətinə təsir edən əsas amillər arasında yer alıb. Diyet Kalitesi Skoru (DQS) sistemi ilə insanların tərəvəz, meyvə, balıq, tam taxıl və bitki yağlarından istifadəsi qiymətləndirilir; işlənmiş ət, rafinə edilmiş qida və şəkərli məhsullar isə balı aşağı salır.
Gündə 5,5 saat yuxu, az hərəkət və aşağı qidalanma balı olan şəxslərin həyat müddətinin əhəmiyyətli dərəcədə azaldığı, balanslı qidalanma, müntəzəm hərəkət və kifayət qədər yuxunun isə ömrü uzadan əsas üçlük olduğu müəyyən edilib.
Araşdırmaya görə, sağlam həyat üçün böyük dəyişikliklərə ehtiyac yoxdur. Kiçik, lakin davamlı təkmilləşdirmələr uzun müddətdə mühüm nəticələr doğura bilər.
Gündə yalnız 15 dəqiqə əlavə yuxu, 1,6 dəqiqə əlavə məşq və bir az daha çox tərəvəz istehlakı erkən ölüm riskini təxminən 10% azaldır. Daha böyük dəyişikliklər zamanı bu rəqəm 50%-ə qədər yüksəlir.
İşlənmiş ət məhsullarının (sosis, kolbasa) müntəzəm istehlakı ürək-damar xəstəlikləri, diabet, piylənmə və bəzi xərçəng növləri ilə əlaqələndirilir. Bu məhsulların yerinə təzə tərəvəz, paxlalılar, balıq və ağ ət tövsiyə olunur.
Orta tempolu məşqlər - üzgüçülük, qaçış, sürətli yürüş, aerobika, rəqs və velosiped sürmək - həftədə bir neçə dəfə həyata keçirildikdə ürəyin fəaliyyətini gücləndirir, stres səviyyəsini azaldır, yuxu keyfiyyətini artırır və immun sistemi dəstəkləyir.
Yalnız yuxunun müddəti deyil, keyfiyyəti də həyat müddətinə təsir edir. Səs-küy, işıq, stress və nizamsız həyat tərzi yuxunun dərin mərhələsinə keçməsini çətinləşdirir.
Prof. Stamatakis bildirir:
"Sağlam həyat üçün möcüzələrə ehtiyac yoxdur. Əsas olan davamlılıqdır. Kiçik adımlar belə birləşərək həyat müddətini uzada bilər."
Beləliklə, hər səhər alarmı bir neçə dəqiqə təxirə salmaq yalnız günə daha enerjili başlamağa deyil, uzun və sağlam bir ömür üçün də təsirli addım sayılır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək
-
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
-
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
-
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
-
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
-
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
XƏBƏR LENTİ
-
Nəriman Osimhenlə üz-üzə
-
Zukerberq həyat yoldaşı ilə 30 milyon avroluq qəsr aldı
-
Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək"
-
Küçədə söyüş söyənlər həbs olundu
-
Azərbaycan və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib
-
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib
-
Tatarıstan rəhbərinin 3 milyardlıq gizli təyyarəsi üzə çıxdı
-
Rusiyalı UFC çempionu döyüşlərdən kənarlaşdırıldı
-
Azərbaycanda ilk dəfə: Avropa Azərbaycan Məktəbi məzununa Stanford Universitetində təhsil üçün 100% təqaüd dəstəyi verir (Video)
-
Vüsalədən bacısı ilə bağlı paylaşım - (Foto)
-
Psixiatriya xəstəxanasında meyit tapıldı
-
“Qarabağ”ın avrokubok matçındakı qadın hakim Emanuela Rusta kimdir? - (Foto)
-
Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - Yenilənib - Foto
-
Polis Bakıda əməliyyat keçirdi - Saxlanılan var (Foto-Video)
-
Atası 26 il sonra oğlu kimi qəbul etdi - Belçika şahzadəsi oldu
-
İlham Əliyev Şavkat Mirziyoyevə minnətdarlığını bildirib
-
İranlı gənc qızların Van gölü ətrafındakı əyləncəli anları diqqət çəkdi – (Video)
-
39 yaşlı kişi maşında öldü
-
DİN-də işləmək istəyənlərin nəzərinə
-
Səhiyyə Nazirliyindən Samuxdakı qarayara ilə bağlı açıqlama
-
Mert Demir konsertini yarımçıq saxladı, səhnədə bığlarını qırxdırdı - (Video)
-
Prezident sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib (Foto)
-
"Mançester Siti"nin tarixində rekord satış: 88 milyona “Tottenhem”ə keçdi
-
Prezident: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir





