İdman

Nəriman Osimhenlə üz-üzə

21 Avqust 2026 16:26
Baxış: 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Super Liqasının 2-ci turunda "Ərzurumspor" doğma meydanda "Qalatasaray" ilə qarşılaşacaq.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki,  Azərbaycan millisinin üzvü, "Qarabağ"ın sabiq futbolçusu Nəriman Axundzadə "göy-ağlar"ın heyətində son çempiona qarşı oynayacaq.

Xatırladaq ki, Nəriman 1-ci turda "Amed"lə görüşün 76-cı dəqiqəsində oyuna daxil olmuş, lakin heç bir məhsuldarlıqla yadda qalmamışdı.

Komanda "sarı-qırmızılar"a qarşı oynanılacaq matç öncəsi son məşqini ötürmə, qaçış və taktiki məşqlərlə yekunlaşdırıb.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.