Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları keçirilib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 19-20-də Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə çempionatı keçirilib.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bildirilib ki, yarışlarda müxtəlif yaş kateqoriyalarında gimnastlar bacarıqlarını nümayiş etdirərək ölkə çempionu adı uğrunda mübarizə aparıblar. Akrobatika gimnastikası üzrə yarış proqramına uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kompozisiyalar - balans, temp və qarışıq hərəkətlər daxil olub.
Yarışın ilk günündə akrobatika gimnastikası üzrə balans və temp hərəkətləri, ikinci günündə isə qarışıq hərəkətlər üzrə çıxışlar keçirilib.
Çempionat günlərində Yardımlı rayonundan olan tamaşaçıların da yarışlara böyük marağı diqqət çəkib. Zalın tam dolması, tamaşaçıların izdihamı və gimnastların hər çıxışını alqışlarla dəstəkləməsi yarışlara xüsusi ab-hava qatıb. Yardımlı sakinlərinin nümayiş etdirdiyi yüksək fəallıq idmançılara əlavə ruh yüksəkliyi verib.
Uşaqlar arasında qadın cütlüyü proqramında BGM 3 komandası - Əhmədova İlahə və Qurbanova Fidan qızıl medal qazanıb. BGM 1 komandası - Məmmədli Mədinə və Məmmədova Melisa gümüş, Neftçi 3 komandası - Bağızadə Mədinə və İsazadə Dafnə isə bürünc medala layiq görülüb.
Yeniyetmələr arasında qadın qrupu proqramında birinci yeri BGM 4 komandası - Hacılı Ayan, Məmmədova Aylin və Qasımzadə Firuzə tutub. BGM 3 komandası - Əlicanova Aişə, Xəlilzadə Canan və Ağaverdiyeva Zəhra gümüş medal, BGM 1 komandası - Əliyeva Əzizə, Həsənova Nazrin və Tasoyeva Kamilla isə bürünc medal qazanıb.
Çempionat çərçivəsində aerobika gimnastikası üzrə də maraqlı mübarizə baş tutub. 20 avqust tarixində aerobika gimnastikasının müxtəlif proqramları üzrə - fərdi çıxışlar, üçlüklər, qarışıq cütlük və qruplar arasında yarışlar keçirilib.
Gənclər arasında fərdi qadınlar proqramında Ağayeva Ayan qızıl medala sahib olub. İbrahimova Fidan gümüş, Mustafayeva Əminə isə bürünc medal qazanıb.
Mükafatlandırma mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qalibləri medal və diplomla təltif edib.
Beləliklə, iki gün davam edən ölkə çempionatı gimnastların hazırlıq səviyyəsinin, texniki bacarıqlarının və komanda işinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları keçirilib - (Foto)
-
Nəriman Osimhenlə üz-üzə
-
Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək"
-
Rusiyalı UFC çempionu döyüşlərdən kənarlaşdırıldı
XƏBƏR LENTİ
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
Portuqaliyada niqaba qadağa qoyuldu
-
Anar Nəcəfliyə yeni vəzifə verildi
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - (Video)
-
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
-
BOKT-un vəzifəli şəxsləri cərimələndi
-
Agentlikdən məktəbli forması ilə bağlı valideynlərə müraciət
-
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları keçirilib - (Foto)
-
Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi
-
Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı
-
Seyran Hüseynova general-mayor rütbəsi verildi
-
Bakıda dəmiryolu stansiyasından çürümüş meyit tapıldı
-
Nəriman Osimhenlə üz-üzə
-
Zukerberq həyat yoldaşı ilə 30 milyon avroluq qəsr aldı
-
Azərbaycanla Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib
-
Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək"
-
Küçədə söyüş söyənlər həbs olundu
-
Azərbaycan və Türkmənistan arasında gömrük statistikası sahəsində əməkdaşlığa dair protokol təsdiqlənib
-
Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib
-
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib





