İdman

"Barselona"nın ulduzu ağrı içində meydanı tərk etdi - FOTO

5 Oktyabr 2025 21:55
Baxış: 365
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Barselona" La Liqada "Sevilla" ilə keçirilən qarşılaşmada 1:4 hesabı ilə məğlub olub.

Komandanın yeganə qolunu ingilis futbolçu Markus Reşford vurub və bu çıxışı sayəsində "oyunun ən yaxşı futbolçusu" (Man of the Match) seçilib. Oyun "Sevilla"-nın "Sançes-Pisxuan" stadionunda baş tutub.

Lakin final fitindən sonra Reşfordun sevincdən çox kədərli olduğu diqqət çəkib. O, nəticəyə görə məyus olmaqla yanaşı, həm də zədə səbəbindən ağrı içində qıvrılıb. İngiltərədən icarəyə götürülən hücumçu yerə yıxılıb və dərhal klubun tibbi heyəti onun köməyinə gəlib.

Hazırda futbolçunun durumunun dəqiqləşdirilməsi üçün tibbi müayinələr aparılır. Zədənin ciddiliyi barədə rəsmi açıqlama hələlik verilməyib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.