Şou-biznes

Röya oğlu 3 nüfuzlu universitetə birdən qəbul olundu

10 Yanvar 2026 09:44
Baxış: 1 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Röya Ayxanın oğlu Hüseyn Cəlilov üç ali məktəbə qəbul olunub.

Milli.Az xəbər verir ki, Hüseyn Cəlilov hüquq ixtisası üzrə beynəlxalq arenada uğur qazanaraq dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

O, Böyük Britaniyanın tanınmış universitetlərindən olan University of Liverpool və University of Essex-ə qəbul edilib. Hər iki ali məktəb hüquq və sosial elmlər sahəsində güclü akademik bazası və beynəlxalq reytinqlərdəki mövqeyi ilə seçilir.

Hüseyn Cəlilovun qəbul aldığı üçüncü ali təhsil müəssisəsi isə Dubayda yerləşən University of Wollongong in Dubai olub. Sözügedən universitet regionun aparıcı ali məktəblərindən biri hesab olunur. /Musavat.com 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.