“Vnukovo” aeroportunda qalan vətəndaşlarımızla bağlı AZAL-dan açıqlama - YENİLƏNİB - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:40
Moskvanın "Vnukovo" Hava Limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətdə qalıblar.
Məsələ ilə bağlı AZAL-dan "Report"a bildirilib ki, əlverişsiz meteoroloji şəraitlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC Moskva istiqaməti üzrə yerinə yetirilən reyslərin icrasında müvəqqəti dəyişikliklər edib.
Məlumata əsasən, Bakı-Moskva (Vnukovo)-Bakı marşrutu üzrə J2-805 və J2-806 nömrəli reyslər ləğv olunub.
"Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə AZAL mövcud qaydalara uyğun şəkildə operativ tədbirlər görüb. Sərnişinlərə alternativ uçuş imkanları təqdim olunub, müvafiq hallarda isə biletlərin dəyəri geri qaytarılıb.
Ləğv edilmiş reyslərin sərnişinlərinin bir qismi AZAL-ın J2-809 və J2-810 nömrəli reysləri ilə təyinat məntəqəsinə daşınıb. Moskvada olan və alternativ uçuşlardan istifadə etməyən sərnişinlər üçün isə bilet vəsaitinin geri qaytarılması təmin edilib.
Yaranmış vəziyyətə görə üzr istəyir və göstərdikləri anlayışa görə sərnişinlərə təşəkkür edirik", - açıqlamada vurğulanıb.
12:22
Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşu gözləyən azərbaycanlı sərnişinlər çətin vəziyyətlə üzləşiblər.
Milli.Az xəbər verir ki, hava limanında qalan soydaşlarımız bu barədə Baku.ws-ə məlumat veriblər.
Onların sözlərinə görə, Bakı istiqamətində olan reyslər ləğv edilib. Buna baxmayaraq, sərnişinlərin aldıqları biletlərin pulu geri qaytarılmır.
Sərnişinlər bildiriblər ki, onlara biletlərin etibarsız sayıldığı və yenidən bilet almalarının tələb olunduğu deyilir.
"Bizə bildirirlər ki, aldığımız biletlər batıb. Pulumuzu geri qaytarmırlar və deyirlər ki, yenidən bilet almalıyıq. Xahiş edirik, bizə kömək göstərilsin. Çıxılmaz vəziyyətdə qalmışıq", - deyə sərnişinlər qeyd ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Müşfiqin Atatürkə yazdığı şeir tapıldı - FOTO
-
Fatma Mahmudovanın qızı nişanlandı - YENİLƏNİB - FOTO
-
İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb - VİDEO
-
271 nömrəli məktəbin şagirdi bıçaqla FOTOsunu paylaşdı
-
Ukrayna qadınlarına sevindirici xəbər: Qadağa ləğv edilir
-
“Heç vaxt bu qədər uduzmamışdım, içim yanır”
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO
-
"Müalicə effekt vermir" - Tanınmış aktyorun ağır günləri - FOTO
-
Psixoloqlara görə nankor insanlar bu 4 cümləni tez-tez işlədir
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
Bu şəxslər də 1 il hərbi xidmət keçə bilər
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək





