Qanunsuz balıq ovlayanlara qarşı REYD: Onlarla şəxs cəzalandırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi qanunsuz ova qarşı reydlər həyata keçirib.
Milli.Az mərkəzə istinadən xəbər verir ki, bu ilin yanvarın 1-dən mayın 14-dək keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub, 3 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.
Mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və "Bakı balıqçılar və su altı ovçular klubu" İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kür çayının sahilində - Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.
Mərkəz balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirlərini ardıcıl davam etdirir.
Xatırladaq ki, Balıqçılıq və Akvakultura Mərkəzi mart-may ayları ərzində balıq ehtiyatlarının qorunması, qanunsuz balıq ovunun qarşısının alınması və ictimaiyyətin maarifləndirilməsi məqsədilə respublikanın müxtəlif regionlarında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşları ilə birgə genişmiqyaslı nəzarət və profilaktik tədbirlər həyata keçirilib.
Tədbirlərdə balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin, mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq müvafiq qaydada ləğv edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO
-
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlandı
-
Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi
-
Sumqayıtın bu hissəsində qaz təchizatı dayandırılacaq
-
11 günlük komadan AYILDI - VİDEO
XƏBƏR LENTİ
-
“Qəbələ” kot-divuarlı oyunçusunu göndərdi
-
Nazirlik yeni imtahan modelini tətbiq etdi
-
“Tərəqqi” medalı ilə təltif olunan “Azərxalça” ASC əməkdaşlarına medallar təqdim olundu - FOTO
-
Gələn həftə ölkədə yüzlərlə obyekt BAĞLANACAQ
-
"Saytın adını Əli ilə mən seçməmişik" - Famil Fərhadoğlu
-
“Qarabağ”dan yeni TRANSFER: Braziliyalı futbolçu alacaq FOTO
-
Kitabxanaçılar da attestasiyayadan keçiriləcək
-
Azərbaycanda əhalinin gəlirləri artdı
-
ABŞ İrana cavab zərbəsi endirdi
-
18 il axtarışda olan azərbaycanlı qanuni oğru Rusiyada saxlanıldı
-
Sabah 33 dərəcə isti olacaq - PROQNOZ
-
Ağsuda yük avtomobili aşıb - 2 nəfər xəsarət alıb
-
“Azərbaycan Biznesinin İnkişafı Fondu” ilə bağlı qərar verildi
-
Yatan kanadalı əsgəri top atəşi ilə oyatdılar – VİDEO
-
TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi
-
Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
-
Yasamalda yanğın təhlükəsi yaradan mebel sexi bağlandı - VİDEO
-
Dünyanın ən təhlükəsiz 10 ÖLKƏSİ - SİYAHI
-
İranda mədən uçdu: Ölən var
-
Kabab sevənlərin diqqətinə: Bu dəyişiklik müzakirə yaratdı
-
Metroda yer DAVASI: 1 təpiklə yaşlı qadına yerini göstərdi - VİDEO
-
Messi uzun müddət sonra meydana çıxdı
-
Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlandı
-
Dənizdə öldürülən azərbaycanlıların cənazələri ölkəyə gətirildi





