Qurbanlıq satış və kəsimə yeni məhdudiyyətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban bayramında heyvan kəsimi qaydaları və tələbləri açıqlanıb.
Bu barədə Milli.Az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, qurbanlıq heyvanların kəsimi zamanı bir sıra baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə ciddi əməl olunmalıdır.
Qurumun açıqlamasına görə, Azərbaycan Respublikasında bu sahə "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" sərəncama uyğun olaraq nəzarətdə saxlanılır və qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür:
"Qurban bayramı günlərində heyvanların kəsimi və satışı yalnız aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi xüsusi məntəqələrdə həyata keçirilməlidir. Küçələrdə, yol kənarlarında, məhəllələrdə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, həmçinin baytarlıq şəhadətnaməsi olmadan heyvanların daşınması yolverilməzdir.
Heyvan kəsimi məntəqələrində aşağıdakı tələblərə əməl edilməlidir:
• Baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydaları təmin olunmalı;
• Məntəqədə fasiləsiz su təchizatı olmalı;
• İşçi heyət mütəmadi tibbi müayinədən keçməli;
• İşçilər xüsusi təmiz geyimlərlə (xalat, əlcək, saç toru, rezin çəkmə və s.) işləməli;
• Çirklənmiş fərdi mühafizə geyimi vaxtında dəyişdirilməli;
• Əraziyə it, pişik və zərərvericilərin daxil olmasının qarşısı alınmalı;
• Tullantılar sanitariya-gigiyena qaydalarına uyğun şəkildə toplanaraq vaxtında kənarlaşdırılmalı;
• İstifadə olunan alət və avadanlıqlar mütəmadi təmizlənib dezinfeksiya edilməlidir".
AQTA-dan bildirilib ki, bununla yanaşı, heyvanların kəsimi zamanı onların rifahının qorunması və humanist yanaşmanın təmin olunması da vacib tələblərdəndir:
"Qəssab heyvanların rifahını qorumaqla kəsimi həyata keçirməli, proses zamanı sanitar-gigiyenik tələblərə riayət etməlidir. Heyvanlar nəqliyyat vasitəsindən zədələnmədən boşaldılmalı, kəsimədək uyğun şəraitdə saxlanmalı və kifayət qədər içməli su ilə təmin edilməlidir. Kəsim prosesi heyvanda qorxu və stress yaratmamalı, digər heyvanların gözü qarşısında aparılmamalıdır. Kəsim mümkün qədər cəld və heyvana əziyyət vermədən icra olunmalıdır".
Qurum açıqlayıb ki, qurbanlıq heyvanların cəmdəklərinin satışı ilə bağlı da xüsusi tələblər mövcuddur:
"Satış məntəqələri soyuducu avadanlıqlarla təmin olunmalı və soyuq qida zəncirinə əməl edilməlidir. Sifariş edilən heyvanların kəsimi yalnız qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirilməlidir.
Həmin satış şəbəkələrində diri heyvan satışı və kəsiminə icazə verilmir. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunsuz heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər aparılır. Vətəndaşlardan qanunsuz fəaliyyət göstərən kəsim məntəqələri barədə aidiyyəti qurumlara və Agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əhaliyə ŞAD XƏBƏR - 3 gün sonra giriş pulsuz olacaq
-
Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olundu - YENİLƏNİB
-
Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?
-
Gənclər niyə evlənmək istəmir? - Səbəb maraqlıdır
-
Bu ərazilərdə artıq su fasiləsiz veriləcək
-
Qurbanlıq satış və kəsimə yeni məhdudiyyətlər
XƏBƏR LENTİ
-
MMA döyüşçüsü uşaqları xilas edərkən həlak oldu
-
Əhaliyə ŞAD XƏBƏR - 3 gün sonra giriş pulsuz olacaq
-
Şükürbəyli kəndinə köçən ailələrə evlərinin açarları təqdim olundu - YENİLƏNİB
-
Benzin mühərrikli maşına dizel töksəniz nə baş verər?
-
Qanunsuz balıq ovlayanlara qarşı REYD: Onlarla şəxs cəzalandırıldı
-
Mbappe: "Məni 4-cü hücumçu kimi GÖRÜR"
-
Bu ölkədə təhlükəli virus yayılır
-
Gənclər niyə evlənmək istəmir? - Səbəb maraqlıdır
-
Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir - FOTO
-
Aygün Kazımova: "Allah məni sevənlərimə qaytardı, 2-ci həyatımı yaşayıram”
-
Bu ərazilərdə artıq su fasiləsiz veriləcək
-
Prezident İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar - FOTO - YENİLƏNİB
-
Şəhid Rafiq Cəfərov Füzulidə dəfn edildi
-
“Boşandıq, birlikdə evə qayıtdıq, hər gün də DANIŞIRIQ” - VİDEO
-
Qurbanlıq satış və kəsimə yeni məhdudiyyətlər
-
Pakistanda terror: 9 hərbçi həlak oldu
-
Rozanın Qazaxıstan turu bədbəxt hadisəyə görə TƏXİRƏ SALINDI
-
Mbappe zədəli halda İtaliyaya səyahətindən danışıb
-
Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO
-
Əməkdar artistin toyda bəylə zarafatı gülüş doğurdu - VİDEO
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
Bakıda şagirdlərin döyülməsi ilə bağlı məktəbdən AÇIQLAMA - Yenilənib - VİDEO
-
Mətbəxdən gələn gözəllik: Maya maskası ilə dərini yeniləməyin sirri
-
Başqasının borcuna görə sizə zəng edilməyi qanunidirmi?





