"“Avroviziya”ya Alim Qasımovu göndərək”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın "Avroviziya 2026" macərası yarımfinal mərhələsində başa çatdı. Təmsilçimiz JİVA finala yüksələ bilmədi. Son illər yarışmada arzuolunan nəticələri əldə edə bilməyən Azərbaycan təmsilçisinin uğursuzluğu yenidən müzakirələri alovlandırıb.
Bəs bu dəfə problem mahnıda, səhnə şousunda, yoxsa müğənni seçimində idi?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan prodüser Tarix Əliyev (Tolik) bildirib ki, uğursuzluğun səbəblərindən biri İTV-nin "Avroviziya"ya əvvəlki illərə nisbətən daha az diqqət ayırmasıdır:
"Bu məsələyə sırf prodüser kimi qiymət verəcəyəm. Fikrimcə, bu uğursuzluq İctimai Televiziyanın "Avroviziya" yarışmasına əvvəlki qədər önəm verməməsi ilə bağlıdır. Bildiyiniz kimi, İTV məhz "Avroviziya" üçün yaradılıb və Azərbaycanda bu layihəni həyata keçirir. Onların bu məsələdə öhdəliyi var. Biz əvvəllər birincilik də, ikincilik də görmüşük, amma son 4 ildir ki, finala vəsiqə qazana bilmirik.
Bu, həm mahnıların zəifliyi, həm də səhnə performansları ilə bağlı ola bilər. İfaçılar güclü səslərə malik olsalar da, görünür, bu gün dövlət üçün daha vacib hesab olunan müxtəlif daxili və xarici siyasi məsələlər səbəbindən Avroviziyaya əvvəlki qədər resurs və diqqət ayrılmır. Nəticədə bu layihə bir qədər arxa planda qalır".
Prodüser hesab edir ki, ciddi hazırlıq olacağı təqdirdə nəticəni dəyişmək mümkün idi:
"Məncə, əgər dövlət bu yarışmaya ciddi önəm versəydi, hətta bu mahnı ilə belə birinci olmaq mümkün idi. Amma görünür ki, bu istiqamətdə prioritet fərqlidir.
Digər tərəfdən, Türkiyə də uzun illərdir Avroviziyada iştirak etmir və bu onlara da o qədər maraqlı deyil. Bu qədər vəsait xərcləməkdənsə, əgər finala belə vəsiqə qazana bilməyəcəyimizi düşünürüksə, alternativ yanaşmalar da mümkündür. Məsələn, Xalq artisti Alim Qasımov kimi sənətkarı, yanında da Əməkdar artist Sevda Ələkbərzadəni göndərib Azərbaycan muğamını Avropaya tanıtmaq olar.
Muğam artıq dünyada tanınır və bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayıb. Bu baxımdan, belə bir təqdimat daha məqsədəuyğun və daha dəyərli olardı. Çünki biz qalib ölkənin vətəndaşlarıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir





