Xəbər verdiyimiz kimi, Qurtuluş Reabilitasiya Mərkəzindən qaçdığı deyilən jurnalist və aparıcı Nəsimi Nəbizadə son günlərdə yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, məlumata görə, Nəbizadə mərkəzdən qaçmadan təxminən 10 gün əvvəl Mərkəzin əməkdaşları ilə birlikdə şəhərdə gəziB. O, həmin vaxt şəhər mərkəzində əməkdaşlara həvəslə "gizli kəndi" göstərib.
Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilər arasında müzakirələrə səbəb olub və hadisə yenidən gündəm yaradıb. İzləyicilər videonu müxtəlif fikirlərlə şərh edərək Nəsimi Nəbizadənin davranışlarını diqqətlə izləyiblər.
Qeyd edək ki, aparıcının bu hərəkətləri onun mərkəzdən qaçması xəbərləri ilə birləşərək həm maraq, həm də müzakirə mövzusu olub.
Hüseyn
Milli.Az





