İdman

UEFA-dan “Qalatasaray”a sərt CƏZA

4 Mart 2026 15:35
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Qalatasaray" klubuna qarşı intizam tədbiri tətbiq edib.

Milli.Az xəbər verir ki, qərara əsasən, İstanbul təmsilçisi növbəti səfər matçını azarkeşsiz keçirməli olacaq və 40 min avro məbləğində cərimə ödəyəcək.

Qərar UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus" ilə keçirilən oyunda baş verən azarkeş insidentlərinə görə verilib. UEFA İntizam Komitəsi hadisələri araşdırdıqdan sonra kluba həm maliyyə sanksiyası, həm də tribunaların səfər sektoruna qadağa tətbiq edib.

"Qalatasaray" rəhbərliyi qərarla bağlı bəyanat yayaraq bildirib ki, 25 fevral 2026-cı ildə keçirilən "Yuventus" matçındakı hadisələrə görə verilən 40 min avro cərimə və bir səfər oyunu üçün azarkeş qadağası qərarından apellyasiya şikayəti veriləcək.

Klub məsələ ilə bağlı hüquqi prosedurlara başlayacağını və qərarın yenidən nəzərdən keçirilməsini istəyəcəyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.