Hadisə

Anar Qasımov vəzifəsindən azad edildi

4 Mart 2026 14:53
Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.

Belə ki, o, yeni karyera mərhələsinə başlamaq üçün öz ərizəsi ilə vəzifəsindən azad edilib. Onun yerinə isə hələlik təyinat olmayıb.

Məlumata görə, ADY-dən ayrılan A.Qasımov mobil operatorların birində öz ixtisasına uyğun vəzifə üzrə yeni işə başlayıb.

Qeyd edək ki, Anar Aslan oğlu Qasımov 1985-ci ildə anadan olub. O, dördüncü "Yüksəliş" müsabiqəsinin qalibidir. A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.