Quru meyvələrə qatılan kimyəvi maddələr hansı risklər daşıyır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görüntüsü göz oxşayır, dadı ləzzətlidir, lakin zərərləri də az deyil. Söhbət piştaxtalarda satılan quru meyvə və çərəzlərdən gedir.
Milli.Az xəbər verir ki, çərşənbələrin başlaması və Novruz ab-havasının hiss olunması ilə bayram süfrəsinin ayrılmaz hissəsi olan quru meyvələrə maraq da gündən-günə artır.
Satış yerlərində daha parlaq və cəlbedici görünən məhsullar alıcıların diqqətini çəksə də, bəzi müştərilər onların tərkibinə qatılan kimyəvi maddələrdən narahat olduqlarını bildirirlər.
Onların sözlərinə görə, quru meyvələrin daha uzun müddət saxlanması və rənginin qorunması üçün müəyyən qatqılardan istifadə edilir. Bəziləri bu məhsulları qəbul etdikdən sonra mədə ağrısı və narahatlıq yaşadıqlarını da deyirlər.
Satıcılar isə məhsulların tərkibi ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildirirlər. Onların sözlərinə görə, quru meyvələr əsasən xarici ölkələrdən, xüsusilə İran və Özbəkistandan hazır qurudulmuş şəkildə idxal olunur. Satıcılar məhsulların müvafiq ekspertizadan keçdikdən sonra satışa təqdim edildiyini vurğulayırlar.
Texnoloq Mübariz Vəliyev qeyd edir ki, bazarlarda satılan bəzi quru meyvələrə uzun müddət xarab olmaması, kiflənməməsi, rənginin parlaq qalması və dad xüsusiyyətlərinin qorunması üçün müəyyən kimyəvi maddələr əlavə olunur:
"E220, E221, E222, E224, E300 kimi maddələr əsasən məhsulun saxlanma müddətini artırır. Bəzi hallarda isə quru meyvələrin daha şirin və çəkisinin ağır olması üçün şərbət əlavə edirlər".
M.Vəliyev bildirib ki, bu məhsullar istifadə edilməzdən əvvəl mütləq isti su ilə yuyulmalıdır. Quru meyvəni 75-80 dərəcə isti suda təxminən bir dəqiqə saxlayıb daha sonra yaxşıca yumaq tövsiyə olunur. Bu üsul səthdəki mümkün kimyəvi qalıqların azalmasına kömək edə bilər:
"Quru meyvələr bəzi insanlarda allergik reaksiya və ya mədə turşuluğunun artmasına səbəb ola bilər. Xüsusilə hamilə qadınlar və uşaqlar üçün daha diqqətli olmaq tövsiyə edilir".
Mina
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
XƏBƏR LENTİ
-
Çin maşınlarında daha bir təhlükə: Məhdudiyyət qoymağa çağırdılar
-
Usta iş başında öldü
-
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
-
Trampdan İrana növbəti təhdid: Tezliklə öyrənəcəksiniz
-
Əməkdar artistdən oğlu ilə bağlı paylaşım
-
Misli Premyer Liqası: “Qarabağ” və “Neftçi” meydana çıxır
-
Sosial şəbəkələrdə böhtan və təhqirlə bağlı məhkəməyə necə müraciət edilməlidir? – Hakimdən açıqlama
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb
-
Məşhur kişi ətri satışdan yığışdırıldı
-
Bakı aeroportunda Hindistan vətəndaşı öldü
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Egey dənizində zəlzələ: İstanbulda da hiss olundu
-
Pərvin Abıyeva: “Yerindən duran maşın sürür”
-
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
-
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - (Foto)
-
Azərbaycan avro ucuzlaşdı - Rəsmi
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi





