Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Boy uzatma əməliyyatı əvvəllər yalnız ayaqlar arasındakı uzunluq fərqini aradan qaldırmaq üçün tətbiq olunurdu. Son illərdə isə bu cərrahi müdaxilə estetik məqsədlə, xüsusilə kişilər arasında sürətlə populyarlaşaraq dəb halını alıb. Nisbətən ucuz qiymətlər səbəbindən Türkiyə bu sahədə əsas mərkəzlərdən biri kimi tanınır.
Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı bud və ya baldır sümüyü kəsilir və xüsusi cihaz vasitəsilə tədricən uzadılır. Bu metod insana əlavə 5-8 santimetr boy qazandıra bilir.
Qiymətlər isə ölkədən-ölkəyə dəyişir: Türkiyədə əməliyyatın dəyəri 20 min - 65 min avro arasında dəyişkənlik göstərirsə, Böyük Britaniyada bu rəqəm 240 min funt sterlinqə qədər yüksəlir.
Lakin prosedurun cəlbedici görünməsinə baxmayaraq, riskləri də az deyil:Uzun reabilitasiya dövrü: sağalma müddəti aylarla, hətta bir ilə qədər çəkir, gündəlik fizioterapiya və dərman qəbulunu tələb edir.
Ağır fəsadlar: tromboz, xroniki sinir ağrıları və digər ciddi problemlər əmələ gələ bilər, bəzən ömürlük qalıcı olur.
Psixoloji motivlər: kişilər əsasən özünəinam qazanmaq və sosial statuslarını gücləndirmək üçün bu əməliyyata müraciət edirlər.
Qeyd edək ki, Çində kosmetik boy uzatma əməliyyatları təhlükəli olduğu üçün 2006-cı ildən qadağan edilib. Bununla belə, ekspertlər proqnozlaşdırırlar ki, 2030-cu ilədək bu əməliyyatların dünya bazarı 8,6 milyard dollar həcmində ola bilər.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türk dövləti əlifbasını dəyişir
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Ölüm hökmü 8 illik fasilədən sonra bərpa edildi - Bu ölkədə
XƏBƏR LENTİ
-
Türk dövləti əlifbasını dəyişir
-
“Barselona” PSJ-dən UEFA-ya şikayət edəcək
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik
-
Evdə köhnə 1000 manatınız varsa, bu xəbərə diqqət edin - (Foto)
-
Türkan Vəlizadə: “Mən heç vaxt o tərbiyəsizliyi etmərəm”
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Kvaratsxeliya ilə bağlı pis xəbər: 9 ay...
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - (Foto)
-
Azərbaycanda qripə qarşı peyvəndləmə başlayır
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi!
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı





