Ölkə

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

8 İyul 2024 17:59
Baxış: 5 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9 iyul saat 10:00-dan etibarən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomo bil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənədək qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.