Ukraynada ədalətli sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır: suverenlik və Ukrayna ərazilərinin heç bir "alqı-satqısı" olmadan.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Planda göstərilən hər şey bizim tərəfdaşlarımız üçün realdır. Məhz bu, bizim məqsədimizdir - Ukrayna üçün etibarlı sülh və uzunmüddətli təhlükəsizliyi təmin etmək", - Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, Ukraynaya əsl sülh və müharibədən zəmanətli müdafiə lazımdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun