Mumbayın Çembur rayonunda yaşayış binasında yerləşən mağazada baş vermiş yanğın nəticəsində bir ailənin yeddi üzvü, o cümlədən üç uşaq ölüb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisəyə səbəb elektrik naqillərində yaranan qısaqapanma olub.
PTI-nin məlumatına görə, yanğın yerli vaxtla səhər saat 5:20 radələrində Siddarth koloniyasında yerləşən binada baş verib. Yanğınsöndürənlər binanın birinci mərtəbəsinin mağaza, sonuncu mərtəbəsinin isə yaşayış yeri kimi istifadə edildiyini bildiriblər.
"Səhər saat 6 radələrində bizə G+2 binasında yanğın olması, birinci mərtəbədə mağaza, digər iki mərtəbədə isə ailələrin yaşadığı barədə məlumat daxil olub. 7 nəfər ölüb, mağazada yatan 2 nəfər isə xilas edilib", - polis komissarının müavini vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun