İran

Cəlili Pezeşkianın “silahı”nı almağa çalışdı: Mən də türkəm

3 İyul 2024 18:12
Baxış: 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb.

O, rəqibi Məsud Pezeşkianın türklər tərəfdən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk olduğunu bildirib.

Səid Cəlilinin atasının məşhədli, anası isə ərdəbilli olduğu bildirilir.

Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar.

Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.