İqtisadiyyat

Azərbaycanda manatın məzənnəsi ilə bağlı VACİB XƏBƏR

3 İyul 2024 19:13
Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son dövrlər dolların aparıcı valyutalara nisbətən məzənnəsində möhkəmlənmələr müşahidə olunur və avro, eləcə də bəzi valyutalara nisbətən dəyər qazanmaqdadır".

Milli.Az xəbər verir ki, bu fikirləri News24.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Deputat eyni zamanda neftin dünya bazarındakı qiymətinin manatın məzənnəsinə təsirindən də danışıb:

"Azərbaycanda manatın məzənnəsi Mərkəzi Bankın birbaşa mövqeyindən asılıdır, çünki manat yüksək məzənnə rejimində deyil. Mərkəzi Bank milli valyutanın kursunun müəyyənləşdirilməsində həll edici mövqeyə malikdir və intervensiya imkanları var. Bu baxımdan Mərkəzi Bankın mövqeyi növbəti dövrlərdə də manatın məzənnəsinin müəyyənləşdirilməsində həll edici olacaq. Eyni zamanda, manatın məzənnəsinə neftin dünya bazarı qiyməti, o cümlədən, ölkəyə daxil olan valyutanın həcminin xüsusi təsirləri var. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, növbəti dövrlərdə manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biri neftin dünya bazarı qiyməti olacaq. Bununla yanaşı, enerji bazarında qiymətlər birbaşa manatın məzənnəsinə təsir göstərən əsas faktorlardan biri olaraq qalmaqdadır. "

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.