Hadisə

Azərbaycanda HOTELDƏ ÖLÜM

1 İyul 2024 20:41
Baxış: 2 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda iki ölüm hadisəsi baş verib.

Milli.Az "oxu.az"a istinadən xəbər verir ki, ölüm hadisəsindən biri Xaçmazda fəaliyyət göstərən hotellərdən birində, digəri isə aptekdə baş verib.

Belə ki, ilkin məlumata görə hoteldə xadimə işləyən qadın anidən yıxılaraq ölüb. Onun ürəktutmasından öldüyü deyilir.

Digər hadisə isə aptekdə qeydə alınıb. Aptekdə işləyən nəvəsinin yanına dərman alamağa gələn Seyidağa Muradovun vəziyyəti anidən pisləşib və ölüb.

Xaçmaz Rayonu "Ulduz" hotelinin adminstratoru Rasim Qədirov məlumatı təsdiq edib.

O bildirib ki, vəfat edən xadimə 10 ildən çoxdur onların əməkdaşı olub:

"Bu gün səhər həkimə gedib, sonra işə gəlmişdi. Elə ürəyində problemləri var idi. Əməkdaşımız Şəfiqə Ağamirovanın 66 yaşı var idi. Həyat yoldaşı vəfat etmişdi. Hadisə səhər saat 10:00-11:00 radələrində baş verib. Ailə yaxınlarına məlumat verilib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.