Ölkə

Taksilər bahalaşdı, metroya axın artdı: İnterval azalacaqmı?

2 İyul 2024 00:38
Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların hər gün işə gedib-gəldiyi saatlarda daha çox sıxlıq müşahidə olunur. Bundan sonrakı dövrdə də sərnişin sayında sıxlıq nisbətən artarsa, təbii ki, qatarların hərəkət intervalında dəyişiklər olacaq.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov taksilərdə gediş haqlarının artmasının metroda daha çox sərnişin sıxlığına yol açacağı ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

"Taksi xidmətlərində qiymət artımından sonra Bakı Metropoliteni monitorinqlərinə bu məsələni xüsusi daxil edib. Baxmayaraq ki, yay dövrüdür. Sərnişinlərin sayı azalsa belə, Bakı Metropolitenində gündəlik olaraq monitorinqlər aparılır. Bizdə sərnişin sıxlığını tənzimləmək üçün hər zaman ehtiyat qatarlardan istifadə edilir", - o əlavə edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.