Texnologiya

Superkompüter "AVRO-2024"ün qalibini proqnozlaşdırdı

4 İyul 2024 00:17
Baxış: 1 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Opta" superkompüteri Almaniya millisinin "AVRO-2024"ün qalibi olmaq şansının yüksək olduğunu bildirib.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, hesablamalara görə, Yulian Naqelsmanın rəhbərlik etdiyi komandanın qitə birinciliyini qazanmaq şansı 20 faizdir. Superkompüterin məlumatına görə, ikinci sırada turnirdə qalib olmaq şansı 19,2% olan İspaniya millisi gəlir.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Almaniya və İspaniya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.