Texnologiya

Rusiya ilk yerli robotunu hazırladı - Banklarda işlədəcəklər

12 Noyabr 2025 10:50
Baxış: 341
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada ilk yerli antropomorf robot təqdim edilib.

Milli.Az xəbər verir ki, süni intellekt sistemi ilə işləyən robotun adı Aidoldur.

Robot insan kimi yeriyə, əşyaları idarə edə və ünsiyyət qura bilir. Onun sənaye müəssisələrində, banklarda, hava limanlarında və xidmət sahələrində istifadəsi planlaşdırılır.

Hazırlayanların sözlərinə görə, Aidol insanla məntiqli şəkildə danışa, suallara ünvanlı cavab verə və müxtəlif emosiyalar göstərə bilir. 

Robotun üz hissəsində 19 servo mühərrikə bağlı elastik mexanizmlər yerləşdirilib ki, bu da ona azı 12 əsas emosiyanı ifadə etməyə imkan verir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.