Dünya

Rus qazı əvəzinə, Azərbaycan qazı... - Zelenski açıqladı

3 İyul 2024 22:22
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Azərbaycandan təbii qazın Avropa İttifaqına tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qorumağa və Qərb qonşularına enerji təhlükəsizliyini təmin etməyə kömək etməyə çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Blumberq TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir.

"Biz indi qaz tədarük edən başqa ölkə ilə alternativ variantları nəzərdən keçiririk. Rusiya Federasiyası ilə qaz müqaviləsini uzatmaq istəmirik", - Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.