Hadisə

Həmin yanğında xəsarət alanlar arasında azərbaycanlı var?

21 Noyabr 2025 10:06
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Milli.Az xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.

Qeyd edək ki, Braziliyada keçirilən BMT iqlim danışıqları zamanı istifadə olunan pavilyonlarda baş verən yanğın qısa müddət ərzində alovlanıb və konfrans iştirakçılarının təxliyəsinə səbəb olub. Hadisə konfransın sonuna bir gün qalmış baş verib. Rəsmi məlumatda on üç nəfərin tüstüdən zəhərlənmə səbəbilə tibbi yardım aldığı bildirilib.

Təşkilatçılar yanğının altı dəqiqəyə nəzarət altına alındığını açıqlayıb. Yanğınsöndürmə xidməti konfransın keçirildiyi bütün ərazinin boşaldılmasına göstəriş verib. COP30 adlı tədbirin keçirildiyi məkan yeddi saat müddətində bağlı qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.