Hadisə

Qəzada ölən əmioğlular həkimə gedirmişlər... - FOTO

21 Noyabr 2025 10:22
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mingəçevir-Bəhrəmtəpə yolunun Qaradolaq kəndindən keçən hissəsində "Qazel"lə toqquşan "VAZ 21015"dəki şəxslər Ağcabədidən Bərdəyə həkimə gedirmişlər.

Belə ki, "VAZ"ın sürücüsü 1984-cü il təvəllüdlü Orxan Vəliyev həyat yoldaşı Türkan Vəliyeva və 1972-ci il təvəllüdlü əmisi oğlu Elsevər Vəliyevlə birgə Bərdəyə yola düşdükdən az sonra faciəvi hadisə ilə üzləşiblər.

Qəza nəticəsində sürücü və əmisi oğlu Elsevər həlak olub. O.Vəliyevin Vətən müharibəsi iştirakçısı olduğu bildirilib.

Ağır xəsarətlər alan T.Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.