Siyasət

Ərdoğandan Putinə: Əvvəlcə atəşkəs, sonra sülh sazişi...

3 İyul 2024 21:37
Baxış: 1 268

Ankara Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunmasının təməlini qoya bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı deyib.

Türkiyə Prezidenti bildirib ki, ölkəsi regionda və bütün dünyada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək:

"Türkiyə əvvəlcə atəşkəs, sonra isə sülh sazişi ilə Rusiya və Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün razılaşmanın əldə olunmasının təməlini qoya bilər. Hər iki tərəfi qane edə biləcək ədalətli sülh mümkündür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.