İsrail əsgərlərinin saxladığı "Azadlıq donanması"na aid gəmilərdəki Türkiyənin üç deputatı oktyabrın 9-da vətənə qayıdacaq.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xarici İşlər Nazirliyi aşağıdakı bəyanatı yayıb:
"Azadlıq Donanması" qayıqlarında olan üç millət vəkilimiz dünən axşam (8 oktyabr) Aşdod limanında endikdən sonra Tel-Əvivdəki Ben Qurion hava limanına gətirilib" .
Qeyd olunur ki, İsrail əsgərləri tərəfindən saxlanılan 3 türk deputat hava limanında üçüncü ölkəyə deportasiya olunmalarını gözləyir. Deportasiya nöqtəsi bəlli deyil. Deputatların diplomatlarla əlaqə saxlamasına icazə verilmir və onların deportasiya məntəqəsinin yeri məlum deyil.
Milli.Az