Hadise saxlanılmasından danışıb ağladı - "Həyatımda ilk dəfə dəhşət içində oyandım" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər saatlarında aparılan əməliyyatda çox növlü analiz vermək məcburiyyətində qalan 19 məşhurdan biri olan müğənni Hadisə, axşam Ankarada səhnəyə çıxaraq yaşananları tamaşaçılara özü danışıb.
Xəbər verdiyimiz kimi, Hadisə ifadə verdikdən sonra günün ikinci yarısında sərbəst buraxılıb və bu axşam keçirilən Ankara konsertini ləğv etməyəcəyini rəsmi şəkildə açıqlayıb.
Milli.Az xəbər verir ki, səhnəyə bir qədər gec çıxan Hadisə, tamaşaçıların qarşısında səsi titrəyərək günün gərgin anlarını danışıb:
"Sizləri gözlətdiyimiz üçün üzr istəyirəm, amma bu, bizim əlimizdə deyildi. Çatmaq çox çətin oldu. Menecerim Haluk Şentürkə təşəkkür edirəm, mənim üçün xüsusi təyyarə təşkil etdi. O olmasaydı, vaxtında gələ bilməzdik.
İcazənizlə, bu gün haqqında sizə bir az danışmaq istəyirəm. Həyatımda ilk dəfə səhər saat 6:30-da qorxaraq oyandım. Qapım dəhşətli şəkildə döyülürdü. Bacım Derya da yanımdaydı, dedim ki, 'nə baş verir?' Mühafizəçiyə zəng etdim, bu saatda qapını açmaq istəmədim.
'Jandarma gəlib, sizi aparmağa' dedilər. Bu cümlə çox dəhşətlidir, əvvəlcə bunu deyim. Amma çox nəzakətli davrandılar. İndi 14 saat keçib. Bunu demək istəyirəm: Hər kəsin başına bir şey gələ bilər, amma mən siqaret belə çəkmirəm.
Bu əməliyyatda adımın çəkilməsi mənə çox ağır gəldi. Psixoloji olaraq təsirləndim. Məni ailəm fərqli böyüdüb. Mən işini sevən bir qadınam və bu yerə heç kimin pulu ilə yox, öz zəhmətimlə gəlmişəm - nə ata, nə ana, nə də keçmiş sevgili pulu ilə.
Bu şəkildə xatırlanmaq və sizin qarşınızda bu məsələ ilə gündəmə gəlmək məni çox incitdi. Bunu bilməyinizi istərdim."
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Dilarə Əliyeva efirdə hönkür-hönkür ağladı - (Video)
-
Nəzakət Məmmədovanın qızı nikahını kilsədə bağladı - (Video)
-
Türkiyəli reper xəstəxanaya yerləşdirildi
-
Rəqsanə qızı Yananı əməliyyata belə yola saldı – (Video)
XƏBƏR LENTİ
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
-
Qələbənin arxitekturası: “The War for Karabakh” və ya Qərb hərb elmi Azərbaycan təcrübəsini necə oxuyur?
-
Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur
-
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
-
Bəzi xəstəxanaların adı dəyişdirildi
-
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü





